Dünən ölkə üzrə peyk yayımı qəfil dayanıb – SƏBƏB


Ötən gün Azərbaycanda peyk yayımı qəfil dayanıb.
Yeniavaz.com
xəbər verir ki, istifadəçilər sosial şəbəkələr vasitəsilə yayımın gecə saat 01:00-dan 07:15-ə kimi dayandığını qeyd ediblər. Xəbərdarlıq edilmədən peyk yayımının qəfil dayanması sosial şəbəkələrdə həm müzakirələrə, həm də istifadəçilərin marağına səbəb olub.
Məsələ ilə bağlı Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, bu, günəş aktivliyinə görə “Azərkosmos”un daşıyıcılarında yaranan problemdən qaynaqlanıb:
“Günəşdə anomal aktivlik olub, ona görə peykdə belə bir peoblem yaranıb. Günəşdə aktivlik çox olanda daşıyıcılarda problemlər yaranır”.

DİGƏR XƏBƏRLƏR

Top