Bill Qeyts rəsmən boşandı


Məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts rəsmən boşanıb.

Bu barədə “Business Insider” qəzeti məhkəmənin hesabatına istinadən xəbər verir.

Eyni zamanda, Qeytsin boşanma prosedurları tarixə ən "bahalı boşanma" kimi düşə bilər.

Qeyd edək ki, Bill və Melinda 27 illik ailə həyatına ikitərəfli razılıq əsasında son qoyublar.

Xatırladaq ki, cütlüyün üç övladı var.//report

DİGƏR XƏBƏRLƏR

Top