Fransanı təmsil edən azərbaycanlı boksçuya görə polis çağırılıb


Tokio-2020 Yay Olimpiya Oyunlarında boks turnirinin təşkilatçıları Fransanı təmsil edən və qalmaqal yaradan azərbaycanlı boksçu Murad Əliyev üçün polisə müraciət edib.
Yeniavaz.com 
"TASS"a istinadla xəbər verir ki, bunu Murad Əliyevin özü deyib.
Onun sözlərinə görə, təşkilatçılar polisə zəng vurduqdan sonra arenanı tərk etmək qərarına gəliblər: "Buna ehtiyac yox idi. Turnirin nəzarətçisi bizə hakimin səhv etdiyini söylədi. Amma artıq heç nəyi dəyişmək mümkün deyil".
Qeyd edək ki, 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Murad Əliyev Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib. Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib. Lakin Əliyev rinqdən uzaqlaşmayıb və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.

DİGƏR XƏBƏRLƏR

Top