Vaksinlər koronavirusdan necə qoruyur? – İZAHLI VİDEO


Dünyada yayılan yeni növ koronavirusa qarşı hazırlanmış vaksinlərin bəzilərinin tərkibi xəbərçi RNA (mRNA), bəzilərinin tərkibi isə zəiflədilmiş və ya tamamilə öldürülmüş viruslardan ibarətdir. Həmin vaksinlər tərkibinə görə müxtəlif şəkildə insan orqanizminə təsir edərək COVİD-19-a qarşı antikorlar əmələ gətirir.
Yeniavaz.com
xəbər verir ki, “Harvard” universitetinin mütəxəssiləri xəbərçi RNA (mRNA) tərkibli vaksinlərin orqanizmi koronavirusa qarşı qorumaq metodlarını izah edib. Belə ki, koronavirus orqanizmimizə daxil olanda hüceyrələrimizə özünü yerləşdirmədən əvvəl “spike” proteini deyilən balaca qulaqcıqlarla yapışır. Xəbərçi RNA tərkibli (“Biontech-Pfizer”, “Moderna”)vaksinlər koronavirusun bu mərhələsində həmin proteinləri hədəf alır. Buna görə, tədqiqatçılar xəbərçi RNA-nı virusun içindən götürərək vaksinin tərkibinə daxil edirlər. Vurulan vaksindən sonra həmin xəbərçi RNA bizim hüceyrələrimizə daxil olur. Bu mesajı alan hüceyrələrimiz koronavirusun hüceyrəmizə yapışmaqda istifadə etdiyi “spike” adlı proteinləri istehsal etməyə başlayır. Ancaq, qulaqcıq şəklində olan həmin proteinlər koronavirusun tərkibindəkilər kimi zərərli deyil. Bu proteinləri immun sistemi ən qısa vaxtda tanıyır və antikor istehsal etməyə başlayır. Daha sonra biz nə vaxt koronavirusa yoluxsaq, həmin antikorlar əvvəldən tanıdığı bu “spike” proteinlərinin ətrafın çevirir və təsirsiz hala gətirir. COVİD-19 nəticədə hüceyrələrimizə yapışa bilmədən məhv edilir.
BBC-nin apardığı araşdırmada bildirilir ki, “Sputnik V” “Sinovac” kimi vaksinlər isə fərqli şəkildə çalışır. Belə ki, həmin peyvəndlərin tərkibinə ölü və ya zəiflədilmiş viruslar daxil edilir. Orqanizmə inyeksiya edildikdən sonra bədən süni şəkildə ölü və ya zəiflədilmiş koronavirusa məruz qoyulur. Nəticədə insana zərər vermədən orqanizmdə həmin virusa qarşı avtomatik şəkildə antikorlar əmələ gəlir. Koronavirusa yoluxduğumuzda isə artıq bədənimizdə həmin virusa qarşı müdafiə sistemi hərəkətə keçərək COVİD-19-u məhv edir. Araşdırmaçılar virusa qarşı ən təsirli vaksinlərin mRNA tərkibli vaksinlər olduğunu bildirir.

 

DİGƏR XƏBƏRLƏR

Top