Qırğızıstanın axtarışda olan sabiq prezidenti saxlanıldı


Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi axtarışda olan keçmiş prezident Əsgər Akayevi saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Akayevin artıq, idarələrarası istintaq qrupuna təhvil verildi və dindirildiyi bildirilib. 
Qeyd edək ki, Əsgər Akayev 1990-dan 2005-ci ilə qədər Qırğızıstanın prezidenti olub. 
Qırğızıstanda Akayev və digər yüksək rütbəli məmurlar ölkədə korrupsiya, yüksək miqdarda büdcə vəsaitlərinin mənimsənilməsi və digər cinayətlərdə şübhəli bilinir.

DİGƏR XƏBƏRLƏR

Top