Mingəçevirin icra başçısı "bomj" həyatı yaşayan Faiqi qəbul etdi


İnsan həyatını, sonu görünməyən, aqibəti bilinməyən dağ cığırına bənzətmək olar. O cığırla irəliləyirsən amma cığırın səni hara apardığını bilmirsən. Bu gedişdə daşlı-çınqıllı, yollardan keçəcəksən. Ayağında əziləcək, bu çətinliyə dözə bilməsən, həyatın faciə deyilən qapısı üzünə açılacaq. Hər şeydə səbr lazımdır.
Yeniavaz.com xəbər verir ki, bir müddət əvvəl Mingəçevir sakini Faiq Rüstəmov adlı şəxs məscidin həyətində gecələyirdi. Həmin şəxs şəhərdə hər kəsin diqqətini özünə cəlb etmişdir. Mən də onunla söhbət etmək qərarına gəldim. Söhbət əsnasında məlum oldu ki, Faiq uzun illər Rusiyada yaşayıb. Mingəçevirə döndükdən sonra isə səfil həyatı yaşayıb. Əfqanıstanda hərbi xidmət keçən həmsöhbətim orada başından zədə alıb. Bu səbəbdən də sağlamlığını itirib. Müalicə alsa da normal həyatına dönə bilməyib. Bundan sonra küçələrdə yaşamağ başlayıb. Baş verənlər onu ailə həaytına da öz mənfi təsirini göstərib. Faiq bəy bizə müraciətində iş tapa bilmədiyindən, şəraitsiz halda çöllərdə yaşamaqdan şikayətlənmişdir.
Bu yaxınlarda Faiqlə Mingəçevirin Şəhidlər Xiyabanında qarşılaşdım. Hal-əhval tutandan sonra məlum oldu ki, o artıq işlə təmin edilib. Şəhidlər Xiyabanında nəzarətçi işləyir. O səfil həyatından sonra başına gələnləri mənə danışdı.
Deyir ki, elə bil hər şey onun üçün yenidən başladı: “Sanki saflaşıb yüngülləşmişəm. Həyata və insanlara olan baxışım da dəyişib. Əvvəllər hər şeydən qaçmaq istəyirdim. Vəziyyətimlə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova müraciət etdim. Dedim, yəqin üst-başıma baxıb məni qəbul etməz. Amma təssəvvür etdiklərimin tam əksi oldu. Başçı məni qəbul etdi, dinlədi və işlə təmin edəcəyinə söz verdi. Belə də oldu. Artıq mən işləyirəm. Heç kəsə möhtac deyiləm. Məni yataqxana növbəsinə də yazdılar. Düzdür, aldığım maaşla kirayə pulunu çətinliklə ödəyirəm. Yenə min şükür. Əsas odur ki, həyatda öz ayaqlarımın üzərində dururam. İndi tək problemim vaxt azlığı ilə bağlıdır. Anladım ki, bu günə qədər yaşadıqlarım hədərimiş. Normal həyat yaşamaq hamımızın haqqıdır. Bunu hər birimiz bacarmalıyıq”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top