Son bir ayda Rusiyada Azərbaycanın 6 ən böyük rayonu böyüklükdə meşə yanıb


Rusiyanın şərqində artan meşə yanğınlarının söndürülməsi üçün tədbirlər davam edir.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Meşə Agentliyinin verdiyi açıqlamada deyilir. Bildirilib ki, dünən 36 yerdə baş verən yanğınlar nəzarət altına alınıb. Hazırda 217 nöqtədə 837 min 813 hektar sahədə meşə yanğınları davam edir. Yanğınların 115 -i Yakutiyada 51-i isə İrkutsk bölgəsindədir.
Qeyd edək ki, iyul ayı ərzində Rusiyanın Sibir bölgəsində başlayan yanğınlarda indiyə qədər təxminən 1,3 milyon hektar meşə sahəsi külə çevrilib. Bu isə təxminən Azərbaycanın ən böyük 6 rayonunun ərazisinə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top