Türkiyədəki meşə yanğıları ilə bağlı yeni şübhələr ortaya çıxdı – VİDEO


Türkiyədə baş verən meşə yanğınlarının ən çox təsir etdiyi şəhərlərdən biri olan Manavqatda tərk edilmiş motosikletdə “Molotov kokteyli” (partlayıcı) tapılıb.
Yeniavaz.com
“haberler.com”a istinadla xəbər verir ki, yanğın törətmək üçün istifadə olunan  “Molotov kokteyli” vətəndaşlar tərəfindən tapılıb. Təqdim edilən videoda motosikletin hər iki tərəfində yerləşdirilən çantalarda xeyli sayda “Molotov kokteyli”nin olduğu görünür. Sözügedən görüntülər Türkiyənin müxtəlif bölgələrində başlayan meşə yanğınları ilə bağlı yeni şübhələr ortaya çıxarıb.
Qeyd edək ki, Türkiyənin müxtəlif yerlərində başlayan yanğınlardan 130-u nəzarətə alınıb. Hazırda 7 bölgədə yanğınlar davam edir.

DİGƏR XƏBƏRLƏR

Top