Əlizamin Salayevin səhhəti ilə bağlı Penitensiar Xidmətdən AÇIQLAMA


Sosial şəbəkələrdə 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Əlizamin Salayevin səhhətinin pisləşdiyi və ona heç bir tibbi yardımın göstərilmədiyi barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, Əlizamin Salayevin səhhətində hər hansı bir problem yoxdur: 
“Əgər sözügedən məhbusun səhhətində hər hansı bir problem varsa, müəssisədə fəaliyyət göstərən həkimlərə müraciət edə bilər”.
Qeyd edək ki, AXCP fəalı olan Ə. Salayev ötən ilin aprelində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

DİGƏR XƏBƏRLƏR

Top