“Mən indi işdəyəm, heç bir şikayətim yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilməsilə bağlı iddialara cavab verərkən deyib.
T.Əhmədov qeyd edib ki, bəzi saytlar yeni sensasiya axtarırlar.
***12:00
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kordiologiya şöbəsində müayinəsinə başlanılıb.
Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.