ABŞ-da koronavirusun mənşəyi barədə aparılan araşdırmanın nəticəsi: "Uhan şəhərindəki..."


ABŞ Nümayəndələr Palatası yeni növ koronavirusla bağlı apardığı araşdırmanın nəticəsini təqdim edib.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının apardığı araşdırmanın nəticəsinə görə, COVID-19 Çinin Uhan şəhərindəki laboratoriyadan yayılıb. Bu barədə təqdim edilən hesabatın açıq mənbələrdəki məlumatlara və dəlillərə əsaslandığı bildirilib. 
Sənəddə qeyd olunur ki, laboratoriya təhlükəli bir mühitdə koronavirusun mutasiyaları üzərində araşdırma aparıb. Tədqiqatçılar, COVID-19-un ilk dəfə 2019-cu ilin avqust və sentyabr aylarında ortaya Çində yayılmağa başladığını iddia edib. 
ABŞ Nümayəndələr Palatasının üzvləri hökuməti Çinə qarşı sanksiyalar tətbiq etməyə və onlara qarşı digər cəza tədbirləri görməyə çağırıb. 

DİGƏR XƏBƏRLƏR

Top