
Özbəkistanın Surxandarya bölgəsində yerləşən Termez dağında Rus-Özbək birgə hərbi təlimləri başlayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərin 5 gün davam edəcəyi bildirilib. Rusiya Federasiyası və Özbəkistan Respublikası Silahlı Qüvvələrinin təxminən 1500 hərbçisi iştirak edir. Təlimlərə müxytəlif hərbi texnikalar və silah-sursatlar cəlb edilib.