
Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyətdən danışıb.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, nazir verdiyi açıqlamasında 28 iyul-1 avqust tarixində Türkiyədə meşələrdə 125 meşə yanğının 117-nin nəzarətə götürüldüyünü bildirib:
“Hazırda davam edən 8 yanğın var. Yanğınlara ümumilikdə 16 təyyarə, 9 PUA, 45 helikopter və 4800-dən çox yanğınsöndürən personal cəlb edilib”.