Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski son çıxışına görə rəsmi Bakının verdiyi notaya münasibət bildirib. Yeniavaz.com Rusiya mediasına istinadən xəbər verir ki, o, ölkə prezidenti İlham Əliyevi yüksək qiymətləndirdiyini, eyni zamanda öz fikrini bildirmək hüququna malik olduğunu bildirib:
"Biz Cənubi Qafqaz bölgəsindəyik, çünki bizdən xahiş ediblər. Mən və partiyam bunun əleyhinəyik. Öz məsələnizi özünüz həll edin. Elə isə burada hansı etiraz notası ola bilər? ".
Jirinovski dəfələrlə "İlham Əliyevi müdrik lider" adlandırdığını da qeyd edib. "Atası Heydər Əliyev daha yaxşı idi. Həm İlham Əliyevi, həm də atasını tərifləmişəm. Mənə görə etiraz notası verən məmurların söz azadlığından xəbəri yoxdur? Bakıya toxunmayacağam, etiraz notası olar. Ermənistana toxunmayacağam. Ümumiyyətlə, hamı susub onları tərifləməlidir?”, - deyə Jirinovski çıxışını bitirib.