FHN: Türkiyəyə yollanan yanğınsöndürənlərimiz arasında xəsarət alan və ya həlak olan olmayıb


Türkiyədə davam edən yanğınlar zamanı Azərbaycandan gedən yanğınsöndürənlərdən bir nəfərin həlak olması ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

FHN-in Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Qardaş ölkəyə yollanan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları arasında xəsarət alan və ya həlak olan olmayıb. Hazırda yanğınsöndürənlərimiz fəaliyyətlərini davam etdirirlər", - məlumatda belə deyilir.

Qurum rəsmisi jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bu cür məlumatları yaymazdan əvvəl rəsmi qurumla dəqiqləşdirmə aparmalarını xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top