“Avtoş”un toy karvanında yaratdığı təhlükə - VİDEO


Toy karvanlarında təhlükəli sürən sürücülər toy sahiblərinin şad günlərini burnundan gətirir. Nə cərimələr, nə qəzalar bu hoqqabazları əməllərindən usandırmır. Onlardan biri yenə iş başındaykən “avtoşluğ”unu videoya çəkdirib və özünü ifşa edib.
10-LV-517 nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü maşınını toy karvanında ətrafa və digər sürücülərə narahatlıq yaradacaq şəkildə idarə edib. O, sükanı tez-tez sağa-sola çevirərək “avtoş”luğa məxsus bütün məharətlərini nümayiş etdirib. Yanından keçən digər avtomobildəkilər isə onun bu əməlini alqışlayaraq videoya çəkib. Maraqlısı budur ki, çox zaman toy sahiblərinin karvanlarına qoşulan belə sürücülərdən ya xəbəri olmur, ya da bu cür sürücülər etrizalara baxmayarq əməllərini icra edir. Sonda isə ya qəza baş verir, ya da polis toy karvanını saxlayır. Hər iki vəziyyətdə də olan toy sahibinə olur.
Qeyd edək ki, son bir ayda yolda hərəkəti çətinləşdirən, təhlükə yaradan toy karvanaları saxlanılıb və səbəbkar sürücülər cəzalandırılıb. Görünür hələ də bəziləri bundan dərs götürməyib. //avtosfer.az

DİGƏR XƏBƏRLƏR

Top