Azərbaycan yanğınsöndürənləri Türkiyədə kəndi yanğından xilas edib - FOTOLAR


Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda günlərdir davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verməmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının, o cümlədən yanğınsöndürənlərimizin qardaş ölkədəki uğurlu fəaliyyəti davam etməkdədir.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, ölkə başçısının tapşırığına əsasən Türkiyəyə göndərilən yanğınsöndürənlərimiz Muğlanın Marmaris rayonunda bir kəndi yanğın təhlükəsindən xilas edib.
Bundan əlavə, bölgədə alışma müşahidə olunan daha bir ərazidə yanğın ocağı yanğınsöndürənlərimiz tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top