Koronavirusa yoluxanların sayı AÇIQLANDI


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 344 520 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib, aktiv xəstə sayı 6 365 nəfərdir.
Ölkədə son sutka ərzində 9 400, hazırkı dövrədək isə 4 043 740 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top