Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü


Daşkəsəndə iki nəfər itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, hadisə rayonun Alıxançallı kəndində baş verib.
Məlumata görə, kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da at gətirmək adı ilə kənddən çıxıb və bir daha geri qayıtmayıblar.
Onların dumanlı havada azmaları ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top