Tokio-2020: Azərbaycanlı boksçu hakimləri təhqir edib - VİDEO + YENİLƏNİB


Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Tokio Yay Olimpiya Oyunlarını qalmaqalla tərk edib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsindəki 26 yaşlı idmançı Böyük Britaniya təmsilçisi Freyzer Klarka 1/4 final görüşündə uduzduqdan sonra rinqi tərk etmək istəməyib. Referi onun döyüş vaxtı Klarka kəllə atdığını və nəticədə rəqibinin başından qan açıldığını bildirib. Bu səbəbdən, Fransa təmsilçisi cəzalandırılaraq, məğlub elan edilib.
Lakin Əliyev rinqi tərk etməkdən imtina edib və nümayişkənarə hərəkətlərə əl atıb. O, narazılıq bildirib, söyüş söyüb və qeyri-etik jestlər göstərib.
Tokio-2020-də boks yarışının təşkilatçıları TASS-a deyiblər ki, Əliyev belə davranışlarına və hakimləri təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər: "O, ciddi cəzalana və diskvalifikasiya oluna bilər. Məsələ ilə bağlı qərar yaxın vaxtlarda qəbul olunacaq".
Qeyd edək ki, Murad Əliyev gümüş medal qazandığı Minsk-2019 II Avropa Oyunları vaxtı verdiyi müsahibədə özü barədə geniş danışıb. O, atasının bərdəli, anasının ağdamlı olduğunu, özünün isə Rusiyanın paytaxtı Moskvada doğulduğunu bildirib: “Moskvada doğulsam da, sonradan atamın biznes fəaliyyəti ilə bağlı Fransaya köçmüşük. Altı yaşımdan orada böyümüşəm və boksla məşğul olmağa başlamışam. Vətəndaşlıq alandan sonra Fransa yığmasının üzvü oldum. Evimizdə hamı Azərbaycan dilində danışır”.

***10:56
Fransanı təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.
91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.
İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib.
Boksçu isə buna kəskin şəkildə etiraz edib və dişliyi yerə çırpıb. Əliyev hətta sonda kameranı da itələyib. //report.az


DİGƏR XƏBƏRLƏR

Top