Karantin qaydalarını pozan restoran sahibi həbs edildi - FOTO


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejimi qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb:

“Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gün inzibati həbs edib”.

 

DİGƏR XƏBƏRLƏR

Top