Lukaşenko Tixanovskayaya Litvaya gedə bilməsi üçün 15 min dollar verdiklərini deyib


Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus müxalifətinin lideri Svetlana Tixanovskayaya qarşı təhqirtedici ifadələr işlədib.
Yeniavaz.com
"BelTA"ya istinadən xəbər verir ki, Lukoşenko Tixanovskayanın uşaqları ilə bağlı dediklərini yalan adlandırıb:
 “Bunu mən bu gün məruzədə oxumuşam ki, guya onu Belarusu tərk etməyə məcbur ediblər, hədələyiblər ki, uşaqlarını oğurlayarıq. Qulaq asın, uşaqlar mənim üçün həmişə qırmızı xətdir və siz bunu bilirsiniz. Uşaqlar valideyinlərinə görə belə məsuliyyəti bölüşməli deyil ki, mən Litvaya gedirəm, uşaqları da götürürəm. Əgər siz onları ora aparmısınızsa, onda müdafiə edin".
Lukaşenko müxalifət liderinin Belarus prezidenti yanında operativ-analitik mərkəzin rəisi Andrey Pavlyuçenkoya maddi baxımdan yardım üçün müraciət etdiyini deyib. Müraciətdən sonra o, Tixanovskayaya 15 min dollar verildiyini və Litvaya getməyinə yardım edildiyini vurğulayıb:
"Və indi o deyir ki, təhdid olunub, uşaqlarını əlindən almaq istəyiblər. Əclaf qadın!”


 

DİGƏR XƏBƏRLƏR

Top