Mingəçevirdə itən uşaq valideynlərinə təhvil verilib - FOTO


Mingəçevir şəhəri ərazisində yerləşən “Sahil” parkında azyaşlının çaşqın vəziyyətdə tək dolaşması həmin ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb edilib.
Yeniavaz.com xəbər verir ki, polislər dərhal uşağa yaxınlaşıb, söhbət əsnasında  uşağın parkda oynayarkən qəfildən valideynlərini itirdiyi və onları axtardığı məlum olub. Axtarışlar nəticəsiz qalınca azyaşlı Polis Şöbəsinə gətirilib və onun ailəsinin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülüb. Qısa müddət ərzində uşağın valideynləri tapılıb və 5 yaşlı E.M ailəsinə təhvil verilib.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top