
Türkiyədə meşə yanğınları ilə bağlı son məlumatları paylaşılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli öz tviter hesabında məlumat verib. Nazir bilidirb ki, 28-31 iyul tarixləri arasında ölkədə 98 meşə yanğınından 88-i nəzarətə alınıb.
Paylaşımda göstərilir ki, hazırda 10 nöqtədə yanğının söndürülməsi üçün işlər davam etdirilir. Belə ki, Adanada 20 yanğından 1-də, Osmaniyedə 4 yanğından 1-də, Antalyada 12 yanğından 3-də, Mersində 7 yanğından 3-də, Muğlada 5 yanğından 2-də yanğın davam edir.
Qeyd edək ki, İzmir, Kayseri, Kahramanmaraş, Edirne, Kütahya, Balıkesir, Kilis, Kocaeli, Kastamonu, Sakarya, İstanbul, Hatay, Bursa Diyarbakır, Karaman, Manisa, Bingöl, Kırklareli, Bilecik, Şanlıurfa, Aydın, Bitlis, Çanakkale, Çorum və İspartada yanğınlar artıq nəzarətə götürülüb.
