
ABŞ Rusiyadakı diplomatik nümayəndəlikləri yerləşən - Moskva, Vladivostok və Yekatrinburq şəhərlərində 182 diplomatını işdən azad edəcək.
Yeniavaz.com "Ria.u"ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib. O bildirib ki, bu azalmalar Rusiyanın əcnəbilərin işə götürülməsinə qoyulan məhdudiyyətlə əlaqəlidir. Katib həmçinin bildirib ki, azalmalar diplomatik nümayəndəliklərin işinə ciddi təsir edəcək.