
Son 4 həftədə 132 ölkədə koronavirusun "Delta" variantının yayılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adnom Qebreyesus mətbuat konfransında məlumat verib. O bildirib ki, ötən həftə dünya üzrə 4 milyon insan koronavirusa yoluxub.
ÜST rəhbərinin sözlərinə görə, infeksiyalar son 4 həftədə 80 faiz artıb. Afrikada isə koronavirusdan ölənlərin sayında 80 faiz artım qeydə alınıb.