Bakıda dənizdə batan 33 yaşlı kişinin meyiti tapıldı


Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun axtarışları başa çatıb.

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, X.Xankişiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top