İtaliya parlamentində COVID-19 pasportuna görə deputatlar arasında dava – VİDEO


İtaliya Parlamentində müxalif deputatlar “Green Pass” COVID-19 pasportuna etiraz edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İtaliya Parlamentində keçirilən iclasda “İtaliya Qardaşları” partiyasının üzvləri “No Green Pass” yazılan plakatlarla COVID-19 pasportuna etiraz edib. Etiraza səbəb isə İtaliyada 6 avqustdan etibarən “Green Pass” sənədi olmayanların qapalı restoranlara, idman zallarına, hovuzlara və muzeylərə buraxılmamağı olub. 
Parlament işçiləri deputatların əlindən plakatları alıb, aksiyanı dağıtmaq istəyərkən qarşıdurma yaşanıb. Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top