
Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı bloger Hüseyn Bakıxanovun meyiti tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Exo Kafkaza” məlumat yayıb. Hadisə ilə bağlı polis araşdırma başladılıb. Bakıxanovun yaxınları blogerin binanın yuxarı mərtəbəsindən naməlum şəxslər tərəfindən atıldığını iddia edib.
Hüseyn Bakıxanov ölümündən bir neçə gün əvvəl “YouTube”da yerləşdirdiyi videoda Tbilisdə ona 5 azərbaycanlının hücum etdiyini və sui-qəsdə məruz qaldığını bildirmişdi.