İllər əvvəl yanan meşənin yerində tikilmişdi, məşhur otel təhlükə ilə üz-üzə - VİDEO


Türkiyənin Muğla bölgəsinin Bodrum şəhərində başlayan meşə yanğınlarının məşhur “Titanic” otelinə çatdığı bildirilib.
Yeniavaz.com
“haberler.com”a istinadla xəbər verir ki, yanğın təhlükəsi səbəbilə oteldəki insanlar təxliyə edilərək təhlükəsiz bölgəyə aparılıb. Həmin bölgəyə aparan yolla hərəkət qadağan edilib. Sadəcə yanğınsöndürən maşınlar oradan istifadə edir. Yanğınla üz-üzə qalan 5 ulduzlu “Titanic” oteli barədə başqa bir məqam isə diqqət çəkib. Belə ki, həmin otelin inşa edildiyi yer əvvəl meşəlik olub. 2007-ci il 15 iyul tarixində həmin yerdə güclü yanğın baş verdi, meşəlik yanaraq kül oldu. Bir müddət sonra isə həmin ərazidə lüks “Titanic” oteli tikildi. 

DİGƏR XƏBƏRLƏR

Top