
Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda dünən günorta saatlarında baş verən yanğın hələ də davam edir.
Yeniavaz.com “sözcü”yə istinadla xəbər verir ki, ərazidə yaşayan insanların dediyinə görə, yanğına 10 yaşlı 2 uşaq səbəb olub. Polis pedaqoq nəzarəti altında hər iki uşağın hadisə barədə ifadəsini alıb. Uşaqlar yanğının kitab yandırarkən baş verdiyini bildirib:
"Kitab yandırırdıq, alovlar çoxaldı. Kola şüşəsini su ilə doldurub yanğını söndürmək istədik. Amma sönmədi. Biz də qaçdıq".
Verilən məlumata görə, yanğının söndürülməsinə 1 helikopter, 7 yanğınsöndürən maşın, 1 su tankeri və çox sayda işçi cəlb olunub.