Mikayıl Cabbarova təyyarədə “Qarabağ” forması təqdim olundu - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov “Qarabağ”ın İsrailin Aşdod şəhərində Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçirdiyi görüşü izləyib.

Yeniavaz.com xəbər verir ki, təyyarədə olarkən nazirə klub tərəfindən forma təqdim olunub.

Orxan Məmmədov oyundan sonra paylaşım edib:

“Qarabağ” FK-nın ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq “Aşdod”la oyunu izləməyə fürsətimiz oldu. “Qarabağ” kollektivini növbəti mərhələyə çıxması münasibəti ilə təbrik edirəm!”
 

DİGƏR XƏBƏRLƏR

Top