Bu ölkədə ilk dəfə COVID-19 peyvəndi iynəsiz şprislə vuruldu - VİDEO


İtaliyada ilk dəfə COVID-19 peyvəndi iynəsiz şprislə vurulub.
Yeniavaz.com “NTV”yə istinadla xəbər verir ki, mütəxəssislər bütün prosesin sürətə əsaslandığını bildirib. Belə ki, xüsusi hazırlanan şpris vasitəsilə içindəki maye yüksək təzyiq göstərilərək itələnir. Kəskin forma alan maye, 0,15 mm-lik mikro dəlikdən qola injeksiya edilir.
İynəsiz şprislə peyvənd olunan şəxslər isə heç bir ağrı hiss etmədiyini bildirib.
Mütəxəssislər həmçinin vurğulayıb ki, bu cür üsullar iynədən qorxan insanları da vaksin vurdurmağa təşviq edəcək.

DİGƏR XƏBƏRLƏR

Top