Abşeronda evində baş verən partlayış zamanı xəsarət alan qadın Türkiyədə ölüb

Abşeronda yaşayış evində baş verən partlayışda xəsarət almış “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada ölüb. Bu barədə mərhumun yaxınları məlumat verib. Bu gün Ş. Novruzovanın nəşinin Azərbaycana gətirilməsi gözlənilir. Qeyd edək ki, hadisə oktyabrın 20-də Hökməli qəsəbəsində qeydə alınıb. Partlayış nəticəsində M. Qurbanovun 3 yaşlı qızı Banıçiçək Qurbanlı ölüb, onun özü, həyat yoldaşı, 44 yaşlı Ş. Novruzova və digər qızı, 12 yaşlı Leyla Qurbanlı xəsarət alıblar. Respublika Yanıq Mərkəzinə yerləşdirilən şəxslərdən 44 yaşlı M. Qurbanovla Ş. Novruzovanın vəziyyəti ağır olduğundan onlar ailə üzvlərinin sifariş etdiyi helikopterlə Türkiyəyə aparılıblar. Lakin M. Qurbanov bir neçə gün əvvəl orada vəfat edib. Ş. Novruzova isə bu gecə ölüb. Bədəninin 40 faizi yanan Leyla Qurbanlının müalicəsi davam edir.

APA

DİGƏR XƏBƏRLƏR

Top