Yaponiyada gündəlik yoluxma sayı 10 minə yaxınlaşdı


Yaponiyada ilk dəfə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat naziri Yasutoşi Nişumura məlumat verib. Onun sözlərinə görə, son gün ərzində ölkədə 9577 nəfərdə koronavirus aşkarlanıb. Nazir həmçinin koronavirusun "Delta" variantı ilə mübarizə aparmaqda çətinlik çəkdiklərini bildirib. Koronavirusa yoluxma hallarında artım sürətləndiyi üçün fövqəladə hal elan oluna biləcəyini dilə gətirib. Mütəxəssislərin son qərarından sonra baş nazir Yoşihide Suqanın qərarı açıqlayacağı gözlənilir.
Fövqalədə halın Yaponiyanın paytaxtı Tokioya yaxın 3 bölgəsində elan ediləcəyi deyilir.

 

DİGƏR XƏBƏRLƏR

Top