Nizami Gəncəvinin Ağdaşdakı heykəli təmir edilib - FOTO


Ağdaşda Nizami Gəncəvinin abidəsi ətrafında bərpa işləri aparılır.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Ağdaş Regional Mədəniyyət idarəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif səpkili silsilə tədbirlər davam etdirilir. Eyni zamanda “Nizami ili” çərçivəsində keçirilmiş mədəni kütləvi tədbirlərlə yanaşı, Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Nizami Gəncəvinin abidəsində və ətrafında təmizlik, bərpa və yenidənqurma işləri aparılıb. Belə ki, abidədə və postamentində əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunaraq yenidən rənglənib və abidənin ətrafında abadlıq işləri həyata keçirilib.

Esmira Hidayətova, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top