Deputatın polisi döyməsi intizam komissiyasında müzakirə olunacaq - AÇIQLAMA


“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyası sədrinin müavini Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam komissiyasının gündəliyinə salınacaq və baxılacaq.

DİGƏR XƏBƏRLƏR

Top