
ABŞ-ın birinci xanımı Cill Bayden Havay adalarına səfəri zamanı ayağından zədə alıb.
Yeniavaz.com "TASS"a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Mişel Larosa məlumat verib. Hadisə ötən həftə Cill Baydenin Havay adalarına işgüzar səfəri zamanı baş verib.
Məlumatda Cill Baydenin tibbi yardım alacağı vurğulanıb.
Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.