Deputatın polisi döyməsi iddiası ilə bağlı DİN-dən AÇIQLAMA


Ötən gün mətbuatda iyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi barədə iddialar dərc olunub.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:
"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".
Xatırladaq ki, iddialara əsasən, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Qeyd edək ki, E. Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib.

DİGƏR XƏBƏRLƏR

Top