Baydendən 3-cü doza peyvənd barədə açıqlama: “Həkimlərim dedi ki...”


ABŞ Prezidenti Co Bayden gücləndirici 3-cü doza koronavirus vaksininə ehtiyac olmadığını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Bayden Ağ Evdə Vaşinqton rəhbərliyinin pandemiya ilə mübarizədə atdığı yeni addımlara həsr olunmuş çıxışında 3-cü doza peyvənd barədə danışıb. O, bəhs edilən prosesin hələlik elmi təsdiqinin olmadığını vurğulayıb:
“Bilirəm ki, bir çoxlarınız gücləndirici dozaya ehtiyacın olub-olmadığını düşünürsünüz. Həkim məsləhətçilərim deyir ki, hələlik gücləndirici dozadan istifadə etmək lazım deyil. Elm bizə gücləndirici bir dozaya ehtiyac olduğunu söylədiyində bunu edəcəyik”.
Xatırladaq ki, artıq dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da 3-cü doza peyvəndin vurulmasının vacibliyi ilə bağlı açıqlamalar verilib.

DİGƏR XƏBƏRLƏR

Top