Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət - FOTO -YENİLƏNİB


Türkiyədə baş verən meşə yanğınlarının bir hissəsinin nəzarətə alındığı və hələ də davam etdiyi yerlərin siyahısı təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, son 2 gündə Türkiyədə 8 şəhər, 21 kənddə 63 meşə yanğını qeydə alınıb. Onlardan 42-si nəzarətə götürülüb. 21 nöqtədə isə meşə yanğınları hələ də davam edir.


*** 10:02
Türkiyənin 21 rayonunda meydana gələn 63 yanğından 42-si nəzarətə götürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli öz tvitter hesabında məlumat yayıb. 21 nöqtədə isə yanğınlar hələ davam edir. Güclü külək yanğınların söndürülməsinə mane olur. Bəzi ərazilərdə əhali yanğından mühafizə xidmətilə bərabər yanğını söndürməyə çalışır. Yanğının nəzarətə götürüldüyü yerlər Adana, Antalya, Muğla, Mersin və Osmaniyedir.
Hazırda Antalyanın Qazipaşa rayonunda 4 fərqli nöqtədə meşə yanğınları davam edir.
Yanğınlarla bağlı Türkiyənin müxtəlif şəhərlərində istintaq işi başladılıb.
Qeyd edək ki, son 2 gün ərzində Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları qeydə alınıb. Yanğınların hansı səbəbdən baş verdiyi məlum deyil. Türkiyə yanğınsöndürmə xidməti güclü külək səbəbindən yanğınları söndürməkdə çətinlik çəkir.



 

DİGƏR XƏBƏRLƏR

Top