Kim Çen In: “Düşmən KXDR-ə zərbə endirmək üçün öz imkanlarını artırır”


Kim Çen In Şimali Koreya ordusunun döyüş qabiliyyətinin artırılması üçün göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, “CTAC” xəbər agentliyi məlumat yayıb. Ölkə prezidentinin keçirdiyi sonuncu iclasda orduya müxtəlif tapşırıqlar verdiyi bildirilib. Kim Çen In başqa ölkələrin Şimali Koreyaya qarşı tədbirlər gördüyünü xatırladıb:
"Hazırda düşmən qüvvələr sistematik olaraq KXDR-ə qarşı qabaqlayıcı zərbə endirmək, silah hazırlamaq və təcavüz məqsədi ilə öz imkanlarını artırır. Ordunun döyüş qabiliyyətini artırmaq üçün hər cür səy göstərməliyik”.
Tədbirə bütün ordu birləşmələrinin hərbi rəhbərləri və siyasi komissarlarının qatıldığı vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top