Şəhidin qızı rəqsini atasına ithaf etdi - VİDEO

44 günlük Vətən müharibəsində şəhid olan Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva Təhsil Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan “Zəfər” düşərgəsində rəqs edib.

L.Niftəliyeva qeyd edib ki, ona rəqs etməyi atası öyrədib:

“Kiçik yaşlarımdan rəqsə həvəsim var. Atam hələ kiçik yaşlarımdan mənə rəqs etməyi öyrədib. İfa edəcəyim rəqsimi atama həsr edirəm”. 

Qeyd edək ki, M.Niftəliyev ötən il noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub.

O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


DİGƏR XƏBƏRLƏR

Top