ABŞ-da Azərbaycana hərbi yardımın dayandırılması məsələsi müzakirə olunub


ABŞ Konqresinin Nümayəndələr Palatasında xarici yardımları nəzərdə tutan qanununa təklif olunan düzəliş qəbul olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq” radiosu ABŞ Konqresindən verilən məlumata istinadla xəbər yayıb. Bildirilib ki, Konqresmen Frenk Pallonenin təklif etdiyi düzəlişdə Azərbaycan Silahlı Qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının qadağan edilməsi nəzərdə tutulur. Qanunun lehinə 217, əleyhinə 212 səsin verildiyi qeyd olunub.
Növbəti mərhələdə bu qanunun Senatda baxılaraq səsə qoyulacağı vurğulanıb.
Qeyd edək ki, bu qərar Nümayəndələr Palatasında qəbul olunsa belə qüvvəyə minməsi üçün Senatda qəbul edilməlidir. Əgər Senat qəbul etməsə komissiya qurulur və təklif edilən qanun prezidentə təqdim olunur. Son qərar ölkə prezidenti tərəfindən verilir. Onu da bildirək ki, bu qanunda Azərbaycana silah satışına qadağa qoyulması nəzərdə tutulmayıb.

DİGƏR XƏBƏRLƏR

Top