Tailandda koronavirusa görə hava limanı xəstəxanaya çevrildi - FOTOLAR


Tailandda COVID-19 virusuna yoluxanların sayının sürətlə artması səbəbilə xəstəxanalarda yer qalmayıb.
Yeniavaz.com
“NTV”yə istinadla xəbər verir ki, bu barədə Tailand hökuməti məlumat yayıb. Bildirilib ki,  xəstəxanalarda yer qalmadığına görə paytaxt Banqkokda yerləşən “Don Muang” hava limanındakı yük anbarı 1800 çarpayılıq səhra xəstəxanasına çevrilib. Həmin xəstəxana orta dərəcəli simptomları olan COVID-19 xəstələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Tailandda yeni növ koronavirusa yoluxanların ümumi sayı 561 min 30 nəfər, ölənlərin sayı isə 4 min 562 nəfərdir. 370 min 492 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top