
İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saatda 303 nəfər COVİD-19-dan dünyasını dəyişib, 33 min 817 nəfər isə həmin xəstəliyə yoluxub.
Nəticədə, İranda koronavirusdan ölənlərin ümumi sayı 89 min 782-yə, yoluxanların sayı isə 3 milyon 792 min 14-ə çatıb.
Qeyd edək ki, son bir həftədir İranda koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz