Yaşlı insanlarda COVID-19-dan sonra daha çox antikor yaranır – ARAŞDIRMA


COVID-19 virusuna yoluxub sağalan yaşlı insanlarda gənclərə nisbətən qanda daha çox antikor əmələ gəlir.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə “Helix” laboratoriyası xəbər yayıb. Verilən məlumata görə, 60-70 yaş arası insanlarda xəstəliyin şiddətindən asılı olmayaraq yaranan antikorların orta miqdarı 20-30 yaş arası insanlarda yaranan antikorlardan iki dəfə çox olduğu aşkarlanıb.
Mütəxəssislər həmçinin COVID-19-a yoluxduqdan sonra kişilərdə və qadınlarda qanda antikor səviyyəsinin müxtəlif olduğunu da qeyd ediblər. Kişilərdə virusa yoluxduqdan 45 gün sonra antikorlar artır və 60 gündən sonra azalmağa başlayır. Qadınlarda isə antikor artımı yoluxduqdan 60-180 gün aralağında müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top