ABŞ-da daha bir polis zorakılığı – VİDEO


ABŞ -ın Kolorado ştatının Avrora şəhərində polis əməkdaşı Con Haubert Kayla Moris Vinsonu saxlayarakən zorakı hərəkətlərə yol verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avrora polisi məlumat verib. Haubert saxladığı şəxsi güllələmək və döyməklə təhdid edib. Onun bu hərəkətləri yaxasındakı kamera vasitəsilə anbaan qeydə alınıb.
Videoda ABŞ polisinin şübhəli qismində saxladığı Vinsonun başına silahla vurduğu görülür. Həmçinin polis 40 saniyə ərzində şübhəlinin boynunu sıxır. Şübhəli isə heç bir şey etmədiyini deyərək, nəfəs almaqda çətinlik çəkdiyini bildirir.
Hadisədən sonra 29 yaşlı Vinson xəstəxanaya çatdırılıb. Onun başına 6 tikiş qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top