Braziliyaya qar yağdı – VİDEO


Braziliyanın 13 şəhərinə qar yağıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Braziliyanın cənubundan keçən tarixi qütb soyuqları dalğası ölkədə qarın yağmasına səbəb olub. Rio Grande do Sul əyalətinin ən az 13 şəhərinə yağan qar sakinlərin sevincinə səbəb olub. Ancaq soyuq hava qəhvə plantasiyalarının donmasına gətirib çıxarıb. Bu səbəblə də dünyada qəhvə qiymətlərinin artması ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top