İndoneziyanın yeni səfiri Mingəçevirdə olub


İndoneziyanın ölkəmizdəki yeni səfiri Mingəçevir şəhərinə səfər edib.

Yeniavaz.com xəbər verir ki, Mingəçevirin icra başçısı İlham İsmayılov qonağı salamalayaraq, ona Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra qədim tarixə malik olan Mingəçevir  haqqında ətraflı məlumat verib. O bildirib ki,  Mingəçevir  Azərbaycanın 4-cü  sənaye şəhəri olmaqla yanaşı həm də turizim  şəhəridir. Burada  fəaliyyət göstərən iri sənaye müəssisələrinin və 4 ulduzlu otellərin olduğunu vurğulayan icra başçısı Mingəçevirdə 1 universitetin, 2 kollecin, həmçinin  mədəniyyət ocaqlarının fəaliyyətini də qonağın nəzərinə çatdırıb. Başçı onu da bildirdi ki, Mingəçevirdə Su anbarı ətrafında dövlət səviyyəsində turizm inkişaf planı işlənir və yaxın zamanlarda təqdimatı olacaq. Başçı Mingəçevirdə  təkcə sənaye, turizm obyektləri fəaliyyət göstərmədəyini deyib. Həmçinin şəhərin elmi mədəni potensialının da yüksək olduğu vurğulanıb.  Bununla yanaşı, İlham İsmayılov  44 günlük Vətən müharibəsi zamanı İndoneziyanın ölkəmizə göstərdiyi mənəvi dəstəyə görə səfirə öz təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən Hildi Hamid Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün çalışacağını vurğulayıb. Səfir  bildirib ki, “Məndən əvvəlki səfir Hüsnan bəydən Azərbaycan haqqında müxtəlif bilgilər əldə etmişəm və mən də ondan fərqli olaraq öz ölkəmizdə 10 il icra başçısı vəzifəsində çalışmışam. Ona görə də Mingəçevirin infraaastrukturu diqqətimi cəlb edir və buna görə də bu   şəhərlə bağlılığa üstünlük verirəm. Onu da xüsusi olaraq vurğulamaq istərdim ki, Mingəçevirdə özümü evimdəki kimi hiss etdim ona görə ki, qaldığım otelin qarşısından axan çay mənə indoneziyanı xatırlatdı. Mingəçeviri digər bölgələrdən daha çox sevdim”.
Səfir görüş zamanı  bildirib ki, Mingəçevirə  səfərinin əsas məqsədi iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirməsidir. Eyni zamanda səfir bildirib ki, iki ölkə arasında Mingəçevirlə İndoneziyanın şəhərlərindən birinin qardaşlıq əlaqələrinin yaradılmasına nail olmaqdır. Hildi Hamidi Mingəçevirdə balıqçılıq sənayesinin inkişafı sahəsinə toxunaraq qeyd etdi ki, bu çox gözəl yaradıcılıq imkanları verə bilər. Mingəçevirdə su hövzəsinin olması buna imkan yaradır. İndoneziyada da belədir. Kür çayına baxanda sanki öz ölkəm yadıma düşür deyə yeni səfir bildirib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qonağın sözlərinə təkan verərək bu cür təşəbbüsün işə daha böyük kömək göstərə bilələcəyini qeyd etdi.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotoları çəkililb.
Qeyd edək ki, yeni səfir “Htec İnvest” MMC-yə, “Mingəçevir Tekstil” MMC-yə, Mingəçevir Su Elektrik Stansiyasına və Mingəçevir Su Anbarı ətrafındakı balıqçılıq təsərrüfatına səfər etməklə “Ağsaray” otelində sahibkarlarla işgüzar görüş keçirəcək, bir sıra mədəniyyət və sənaye müəssələrində olacaq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top